2023-cü il ilin son rübündə ABB-də əmək haqqı və digər kompensiya növləri üzrə xərclər 157 milyon 234 min manat olub.
FED.az bu barədə bankın hesabatına istinadən xəbər verir.
Bu da illik müqayisədə 31 milyon 820 min manat və ya 25,4% çoxdur.
Ötən ilin eyni dövründə bu xərclər 125 milyon 414 min manat idi.