Ölkənin ən iri bankı olan ABB-nin 2023-cü ilin son rübündə faiz xərcləri 134 milyon 947 min manat təşkil edib.
FED.az bankın hesabatına istinadən xəbər verir ki, xərcləri illik müqayisədə 43 milyon 191 min manat (47,1%) artıb.
Xərclərin 98 milyon 282 min manatını depozitlər üzrə faiz xərcləri, 17 milyon 867 min manatını Mərkəzi Bank və dövlət fondları qarşısında öhdəliklər üzrə faiz xərcləri, 18 milyon 798 min manatını isə qiymətli kağızlar üzrə faiz xərcləri təşkil edib.
2022-ci ilin son rübü ilə müqayisədə depozitlər üzrə faiz xərcləri 37 milyon 407 min manat (61,4%), Mərkəzi Bank və dövlət fondları qarşısında öhdəliklər üzrə faiz xərcləri 10 milyon 246 min manat (2,3 dəfə) artıb.
Bank ötən il cəlb edilmiş kreditlərə görə 2022-ci ildə 445,56 min manat xərc çəksə də 2023-cü ildə xərc çəkməyib.