Bu ilin III rübü üzrə "Unibank"da depozit portfelinin həcmi 1 milyard 232 milyon manata yaxın olub.
FED.az bu barədə bankın rüblük hesabatına istinadən xəbər verir.
Məlumata əsasən onun da 938 milyon manatı fiziki, 294 milyon manatı hüquqi şəxslərin payına düşüb.
Ümumi depozit portfelində 15,8 milyon manat, başqa sözlə 1%, şirkətlərin əmanətlərində isə 19,1 milyon manat (7%) artım baş verib.
Xatırladaq ki, ötən ilin sonu üzrə açıqlanan rəqəmlərə görə bank təxminən 1 milyard 216 milyon manat ümumi depozit portfelinə malik olub. Bunun da 942 milyon manatdan çoxunu əhalinin, 275 milyon manata yaxın olan hissəsini isə şirkətlərin əmanətləri təşkil edib.