30 iyun 2025-ci il tarixinə “Azər Türk Bank”ın depozit portfeli 1 milyard 444 milyon 650 min manat təşkil edib.
FED.az bu barədə bankın rüblük hesabatına istinadən xəbər verir.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 552 milyon 878 min manat və ya 62% artım deməkdir.
Depozit portfelinin 210 milyon 708 min manatı fiziki şəxslərin, 933 milyon 942 min manatı isə hüquqi şəxslərin payına düşüb.
İllik müqayisədə hüquqi şəxslərin depozitləri 267 milyon 207 min manat (40,1%) artıb.
Xatırladaq ki, ötən ilin müvafiq dövründə bankın ümumi depozit portfeli 891 milyon 772 min manat təşkil edirdi. Bu məbləğin 225 milyon 37 min manatı fiziki, 666 milyon 735 min manatı isə hüquqi şəxslərin depozitləri idi.