30 iyun 2025-ci il tarixinə “Azər Türk Bank”ın cəmi aktivləri 1 milyard 918 milyon 414 min manat təşkil edib.
FED.az bu barədə bankın rüblük hesabatına istinadən xəbər verir.
Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 422 milyon 355 min manat və ya 28,2% artım deməkdir.
Bankın aktivlərinin əsas hissəsini – 791 milyon 760 min manatını müştərilərə verilmiş xalis kreditlər təşkil edib. Ötən ilin eyni dövrü ilə müqayisədə bankın xalis kredit portfeli 51 milyon 977 min manat və ya 7% artıb.
Hesabat dövründə ən kəskin artım bankın nağd pul vəsaitləri və ekvivalentlərində qeydə alınıb. Bu göstərici 249 milyon 117 min manat və ya 2,1 dəfə artaraq 475 milyon 138 min manata yüksəlib. Ticarət və investisiya qiymətli kağızları portfeli də 108 milyon 493 min manat və ya 2,2 dəfə artaraq 202 milyon 500 min manat olub. Banklara və digər maliyyə institutlarına verilən kreditlər isə 8 milyon 794 min manat və ya 2 dəfədən çox artaraq 17 milyon 294 min manata çatıb.
Xatırladaq ki, 30 iyun 2024-cü il tarixində bankın cəmi aktivləri 1 milyard 496 milyon 59 min manat, xalis kredit portfeli isə 739 milyon 783 min manat təşkil etmişdi.