Azərbaycanın aparıcı banklarında olan “Muğanbank” ASC cari ilin üçüncü rübü üzrə maliyyə hesabatı göstəricilərini açqılayıb.
FED.az xəbər verir ki, bankın faiz gəlirləri 31,1 milyon manat, faiz xərcləri 27,7 milyon manat olub.
Faiz gəlirləri illik müqayisədə 2,2 milyon manat (7,6%), xərcləri isə təxminən 1,9 milyon manat (7,5%) artıb.
Beləliklə xalis faiz gəlirləri 3,2 milyon manat təşkil edib. Bu da illik müqayisədə 262 min manatdan çox (8,6%) artım deməkdir.
Qeyri faiz gəlirləri 21,4 milyon manat, xərcləri isə 25 milyon manat təşkil edib. Bundan başqa haqq və komissiya gəlirləri təxminən 17,3 milyon manat olub. Hesabat dövründə «Muğanbank» əmək haqqı və digər kompensasiya növlərinə 10 milyon manata yaxın vəsait xərcləyib.
İnzibati xərclərin həcmi 777,9 manata yaxın, amortizasiya xərcləri 2 milyon manatdan çox olub.
2023-cü ilin 3-cü rübünün sonuna “Muğanbank”ın aktivləri 648 milyon manat təşkil edib.
Bankın 447,4 milyon manatlıq kredit portfelinin böyük hissəsi - 264,3 milyon manatı biznes kreditlərinin payına düşüb. Bankın istehlak kreditləri 1,5 milyon manat artaraq 46,1 milyon manata, daşınmaz əmlak kreditləri isə 25,7 milyon manat artaraq 139,7 milyon manata yüksəlib.
Hesabat dövrinün sonuna "Muğanbank"ın öhdəlikləri 501 milyon manat təşkil edib. Bankın 322,5 milyon manatlıq depozit portfelinin 293 milyon manatını fiziki şəxslərin depoziti, 29,4 milyon manatını hüquqi şəxslərin depoziti təşkil edib.
Bankın kapitalında isə artım hesabat dövründə də davam edib. Belə ki, “Muğanbank”ın kapitalının təqribən 54 milyon manat və ya 58% artaraq 147,1 milyon manat a yüksəlib.