Azərbaycanın bank sektorunun ən böyük oyunçularından biri «Kapital Bank» 2022-ci ili rekord mənfəətlə başa vurub.
Kapital Bank sahibkarlar üçün - YENİ ŞÖBƏ AÇDI
FED.az biznes və maliyyə xəbərləri portalı bankın açıqladığı hesabata istinadən xəbər verir ki, 2022-ci ildə bankın faiz gəlirləri 135 milyon manat və ya 28,5% artaraq ötənilki 474 milyon manatdan 609 milyon manata yüksəlib.
Bu dövrdə bank müştərilərə verilmiş kreditlərdən 485 milyon manat faiz gəliri əldə edib (99 milyon manat və ya 26% artıb).
Daha 89 milyon manat gəlir isə isə «Kapitalbank» qiymətli kağızlara yatırılan vəsaitlərdən əldə edilib (26 milyon manat və ya 41% artıb).
Bunlardan başqa, «Kapitalbank» başqa banklara və maliyyə qurumlarına verilən kreditlərdən 7,7 milyon manat əldə edib (10% azalıb), başqa banklarda yerləşdirdiyi depozitlərdən isə 19 milyon manat gəliri olub (2,1 dəfə artıb).
Bankın faiz gəlirlərinin artımı ilə müqayisədə faiz xərcləri elə də ciddi artmayıb – 15,34 milyon manat və ya 22% artaraq 84 milyon manata çatıb.
2022-ci ildə «Kapitalbank» bankda əmanəti olanlara 60,6 milyon manat faiz ödəyib. Ötənilki göstərici ilə müqayisədə 9 milyon manat artıq. Bankın digər faiz xərcləri 13,6 milyon manat (4,8 milyon manat və ya 54% artıb), ödədiyi kredit faizləri isə 9,8 milyon manat olub (1,4 milyon manat və ya 17% artıb).
Nəticədə ilin sonuna «Kapitalbank»ın xalis faiz gəlirləri 525 milyon manatı keçib, bu əvvəlki illə müqayisədə 405 milyon manat və ya 30% artıqdır.
2022-ci ildə Bankın qeyri-faiz gəlirləri də rekord vurub – 93 milyon manat artımla 394 milyon manat.
Bunun böyük hissəsi – 342 milyon manatını «Kapitalbank» komissiyalardan qazanıb (78 milyon manat və ya 30% artıb).
Daha 50 milyon manat isə xarici valyuta əməliyyatlarından əldə edilib – 20 milyon manat artım, ötən il 30 milyon manat qazanmışdı.
2022-ci ildə «Kapitalbank»ın qeyri-faiz gəlirləri 122 milyon manat artaqaq 337 milyon manatdan 458 milyon manata yüksəlib.
Amma artımın əsas hissəsi əmək haqqı xərcləri ilə bağlı deyil – 2022-ci ildə «Kapitalbank» öz əməkdaşlarına 170 milyon manat əmək haqqı ödəyib ki, bu da 2021-ci illə müqayisədə 28 milyon manat və ya cəmi 16,4% artıqdır.
Bankın ümumi və inzibati xərcləri 10 milyon manat artaraq 43 milyon manata, amortizasiya xərcləri isə 4 milyon manat artaraq27 milyon manata yüksəlib. Qeyri-faiz xərclərinin artımının əsas hissəsi – 70 milyon manatı digər xərclərin payına düşür – 148 milyondan 218 milyon manata yüksəlib.
Beləliklə, bank 2022-ci ili 460 milyon manat əməliyyat mənfəəti ilə tamamlayıb. Bu məbləğin 75 milyon manatı mümkün zərərləri qarşılamaq üçün ehtiyatların yaradılmasına ayrılıb, 77 milyon manat isə mənfəət vergisi kimi ödənilib.
Nəticədə «Kapitalbank» 2022-ci ili 300 milyon manat xalis mənfəətlə bağlayıb.
Bu ötənilki göstəricidən 70% artıqdır, xatırladaq ki, 2021-ci ilin sonuna «Kapitalbank»ın xalis mənfəəti «cəmi» 179 milyon manat olmuşdu.
Diqqəti çəkən göstəricilərdən biri odur ki, «KapitalBank»ın illik əməliyyat (faiz+qeyri-faiz) gəlirləri ilk dəfə olaraq 1 milyard dolları keçərək 1 milyard 3,3 milyon manat olub. Əməliyat xərcləri isə 542 milyon manat olub.
2022-ci ildə «Kapitalbank»ın aktivləri 1,1 milyard manat artaraq 7 milyard 822 milyon manata yüksəlib. 2022-ci il bankın vəsaitlərinin idavrə edilməsində onunla yadda qalacaq ki, nağd pulların əksəriyyəti qiymətli kağızlara yatırılıb.
Belə kİ, 2021-ci ilin sonunda bankda nağd vəsaitlər 2,5milyard, Qiymətli kağızlara yatırılan pullar isə 1,1 milyard manat idisə, 2022-ci ilin sonunda katızlara yatırılan vəsaitlər 2,5 milyard manata yüsəlib (2 dəfədən çox artıb), nağd vəsaitlər isə 1,6 milyard manata enib (35% azalıb).
2022-ci ildə «Kapitalbank»ın kredit portfeli 3,1 milyard manatı keçib (500 milyon manat və ya 19% artıb). Bunun böyük hissəsini – 1,8 milyard manatın və ya təqribən 60%-i ənənəvi olaraq istehlak kreditləri təşkil edib (230 milyon manat və ya 14,4% artıb). Biznes kreditləri 908 milyon manat (19,6% artıb), daşınmaz əmlak kreditdəri isə 416 milyon manat (43% artıb) təşkil edib.
Kreit portfelinin 368 milyon manatı ehtiyat kimi ayrılıb, nəticədə xalis kredit portfeli 2,79 milyard manat olub.
2022-ci ildə «Kapitalbank»ın öhdəlikləri 900 milyon manat artaraq 6 milyard 995 milyon manata yüksəlib.
Bankın depozit portfeli 6 milyard 98 milyon manat təşkil edib – 906 milyon manat və ya 17,5% artım olub.
Fiziki şəxslərin əmanətləri 1 milyard 642 milyon manat (500 milyon artıb), hüquqi şəxslərin depozitləri isə 4 milyard 456 milyon manat (400 milyon artıb) təşkil edib.
2022-ci ildə «Kapitalbank»ın borcları da artıb və 434 milyon manatdan 555 milyon manata yüksəlib.
İlin sonuna bankın kapitalı 827 milyon manata yüksəlib – bir il əvvəllə müqayisədə 180 milyon manat artıb.
Bunun 265 milyon manatını səhmdər kapital təşkil edir – hansı ki, bir neçə gün əvvəl bank bu pulu 20 milyon manatlıq əlavə səhm buraxmaqla «Paşa Holdinq»dən cəlb etmişdi.
Bankın bölüşdürülməyən mənfəəti isə 150 milyon manatdan çox artaraq 363 milyon manatdan 517 milyon manata yüksəlib.