“Kapital Bank” ASC-nin (bundan sonra bank) 26 aprel 2023-cü il saat 11.00-da, Bakı şəhəri, Badamdar qəsəbəsi, Mikayıl Müşfiq küçəsi 2E nömrəli ünvanda yerləşən ofisində (3-cü mərtəbə, iclas zalı) keçirilməsi nəzərdə tutulan səhmdarlarının növbədənkənar ümumi yığıncağı təxirə salınmışdır.
FED.az xəbər verir ki, səhmdarların növbədənkənar ümumi yığıncağı 4 may 2023-cü il saat 11.00-da, bankın Mikayıl Müşfiq küçəsi 2E nömrəli ünvanda yerləşən ofisində (3-cü mərtəbə, iclas zalı) keçiriləcəkdir.
Səhmdarların növbədənkənar ümumi yığıncağının gündəliyinə aşağıdakı məsələlər daxil edilmişdir:
-“Kapital Bank” ASC-nin müşahidə şurasının üzvlərinin seçilməsi məsələsi haqqında
-“Kapital Bank” ASC-nin müşahidə şurasının əsasnaməsinin yenilənməsi məsələsi haqqında
- Digər məsələlər.