2023-cu ilin yekunlarına görə "Kapital Bank" səhmdarlarına 176 milyon manat həcmində dividend qazandırıb.
FED.az xəbər verir ki bu barədə bu bankın 2024 cu ilin 10 aylıq maliyyə hesabatı ilə bağlı keçirilən mətbuat konfransında bankın idarə heyətinin sədr müavini Emin Məmmədov bildirib.
Onun sözlərinə görə bank bundan sonra da öz sağlam kapital mövqeyini qoruyacaq və inkişafını uğurla davam etdirəcək: "Bankın əsas maliyyə göstəriciləri ilə bağlı məlumat verən sədr müavini bankın aktivlərinin artıq 10,1 milyard manata çatdığını bildirib. Aktivlərimiz son 1 illə müqayisədə 15 faiz artıb. Ötən ilin bu dövründə aktivlərimiz 8,8 milyard manat olub. Aktivlərimizin diversifikasiyası daha çox qiymətli kağızlara, kredit portfelində, ipoteka kreditlərinə diversifikasiya edilib".