Mayın 22-də “Kapital Bank”ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
FED.az biznes və maliyyə portalı xəbər verir ki, iclas Neftçilər prospekti 153 nömrəli ünvanda yerləşən “Port Baku Tower 2” ofisində baş tutacaq
Səhmdarların növbədənkənar ümumi yığıncağının gündəliyinə müzakirə olunan əsas məsələ “Kapital Bank”ASC tərəfindən 2025-ci il üzrə maliyyə ilinin yekunlarına əsasən səhmdarlara dividend ödənilməsi olacaq.
İclasda məruzəçi Zaur Musayev olacaq.














