“Kapital Bank”ın 2024-cü ilin ikinci rübü ərzində xərcləri aşağıdaki kimi paylanmışdır :
«Kapital Bank» pulu nədən qazanır? – GƏLİR MƏNBƏLƏRİ - MƏBLƏĞLƏR
“Kapital Bank” ölkənin bank sistemində gəlirlərin payında olduğu kimi xərclərində payının ən çox olduğu bankdır. Bankın ümumi xərcləri 476 milyon 456 min manat təşkil edir.
Beləki hesabat dövrünün ikinci rübündə bankın xərclərinin ən böyük hissəsi 41%-i digər qeyri-faiz xərclərindən formalaşıb – 188 milyon 832 min manat.
Əmək haqqı xərcləri isə xərclərin 26%-i qədər 118 milyon 49 min manat təşkil edib.
Bank inizbati xərclərə 34 milyon 443 min manat pul xərcləyib, başqa sözlə ümumi xərclərin 7%-i qədər.
Daha 20 milyon 67 min manat xərc isə amortizasiya xərcləri üzrə yaranıb və ümumi xərclərin 4%-i həcmində olmuşdur.
Depozitlər üzrə faiz xərcləri bankın ümumi xərclərinin 14%-lik hissəsi qədər olub - 64 milyon 213 min manat.
Digər mənbələrdən olan xərclər az faiz təşkil edir - cəlb olunmuş kreditlərə görə ödənilən faiz xərcləri 5% - 22 milyon 436 min manat, digər-faiz xərcləri 2% - 5 milyon 314 min manat, Azərbaycan Mərkəzi bankı qarşısında yaranan kredit xərci 1% - 666 min manat olmuşdur.
Bankın xərcləri və həmin xərclərin ümumi xərclərdə payı ilə bağlı daha detallı aşağıdakı cədvəldə:
Xərc mənbələri |
Məbləğ |
Ümumi xərclərdə payı |
Faiz xərcləri |
||
Depozitlər üzrə faizlər |
64 213 |
14% |
AMB kredit xərci |
666 |
1% |
Kredit faizləri |
22 436 |
5% |
QK- faiz xərci |
|
|
Digər faiz xərcləri |
5 314 |
2% |
Qeyri -faiz xərcləri |
|
|
İnzibati xərclər |
34 443 |
7% |
Əmək haqqı xərcləri |
118 049 |
26% |
Amortizasiya xərcləri |
20 067 |
4% |
Digər qeyri faiz xərcləri |
188 832 |
41% |
|
|
|