FED.az Azərbaycanın ən böyük banklarından biri, ən böyük filial şəbəkəsinə və gəlirlərin həcminə malik olan “Kapital Bank”ın gəlir mənbələrini təqdim edir .
"Kapital Bank"ın faiz gəlirləri 17% artıb
2024-cü ilin ikinci rübünün nəticələrinə görə “Kapital Bank”ın, ümumi gəlirləri 665 milyon 291 min manat təşkil edib. Bank bu göstərici üzrə ölkənin bank sestemində 1-ci yerdədir.
Ümumi gəlirlərin həcmi böyük olduğuna görə, bankın ayrı-ayrı sahələrdən gəlirləri də iri rəqəmlərlə ölçülür.
Belə ki, hesabat dövrünün ikinci rübündə “Kapital Bank”ın gəlirlərinin böyük hissəsi – 322 milyon 935 min manatı və ya bütün gəlirlərin 49%-i kredit portfelinin gəlirlərindən formalaşıb. “Kapital Bank” ölkədə kredit portfeli ən böyük olan banklardandır və portfelin böyük hissəsi istehlak kreditlərinin payına düşür, ona görə də faiz gəlirləri nəhəng rəqəmlərlə ölçülür.
“Kapital Bank”ın ikinci rüb ərzində komissiya haqqı gəlirləri 248 milyon 474 min manat təşkil edib ki, bu da bütün gəlirlərin 36%-i deməkdir.
Bankın valyuta əməliyyatlarından gəlirləri isə 21 milyon 652 min manat təşkil edib. Bu ümumi gəlirlərin 3%-i deməkdir.
“Kapital Bank” qiymətli kağızlardan da kifayət qədər gəlir götürüb . Təkcə ikinci rüb ərzində bankın fond bazarındakı yatırımlarından gəlirləri 38 milyon 987 min manat təşkil edib. Ümumi gəlirlərin 6%-i bu sahədən yaranıb.
Nəhayət, bank başqa banklarda depozit yerləşdirilməklə və kredit ayırmaqla da ümumilikdə 21 milyon manatdan artıq gəlirlər əldə edib.
Daha 11 milyon 330 min manat isə “Kapital Bank”ın digər faiz və qeyri-faiz gəlirlərindən daxil olub.
Ümumiyyətlə, “Kapital Bank”ın ümumi gəlirlərində faiz gəlirləri 60%, qeyri-faiz gəlirləri 40% təşkil edir.
Digər gəlirlərin məbləği və onun ümumi gəlirlərdəki payı aşağıdakı kimidir :
Min manat |
||
Gəlir mənbələri |
Məbləğlər |
Ümumi gəlir də payı |
Kredit portfeli üzrə faiz gəliri |
322 935 |
49% |
Komissiya haqları |
248 474 |
36% |
Valyuta əməliyyatlarından gəlirlər |
21 652 |
3% |
QK-a investisiyadan gəlir |
38 987 |
6% |
Digər banklara depozitlərdən gəlirlər |
18 916 |
3% |
Digər banklara kreditlərdən gəlirlər |
2 997 |
1% |
Digər faiz gəlirləri |
7 472 |
1% |
Digər qeyri-faiz gəlirləri |
3 858 |
1% |
|
|
|
CƏMİ GƏLİRLƏR |
665 291 |
100% |