FED.az Azərbaycanın ən iri banklarından olan “Kapital Bank”ın gəlir mənbələrini təqdim edir.
Kapital Bank 2025-ci ilin III rübü üzrə maliyyə nəticələrini - ELAN EDİB
2025-ci ilin 3-cü rübündə Kapital Bank 1 milyard 337 milyon 904 min manat ümumi gəlir əldə edib. Gəlirlər arasında ən böyük pay kredit portfeli üzrə faiz gəlirlərinə aiddir və bu məbləğ 701 milyon 340 min manat təşkil edərək ümumi gəlirlərin 52%-ni əhatə edir.
Komissiya haqları isə 415 milyon 247 min manatla gəlirlər arasında ikinci yerdədir və ümumi gəlirlərin 31%-ni təşkil edir. Üçüncü ən böyük mənbə QK-a investisiyadan gəlir olub, bu dövrdə bank 142 milyon 655 min manat gəlir əldə edib ki, bu da ümumi gəlirlərin 11%-ni təşkil edir.
Digər gəlir mənbələri isə daha kiçik paya malikdir. Valyuta əməliyyatlarından gəlirlər 36 milyon 620 min manat və ya ümumi gəlirin 3%-i həcmində formalaşıb.
Digər faiz gəlirləri 16 milyon 537 min manat, digər banklara depozitlərdən gəlirlər 12 milyon 253 min manat, digər banklara kreditlərdən gəlirlər 1 milyon 937 min manat və digər qeyri-faiz gəlirləri 11 milyon 315 min manat təşkil edibki bu mənbələr ümumi gəlirlərin 1% hissəsi həcmindədir.
Gəlirlərin məbləği və onun ümumi gəlirlərdəki payı aşağıdakı kimidir :
Min manat |
||
Gəlir mənbələri |
Məbləğlər |
Ümumi gəlir də payı |
Kredit portfeli üzrə faiz gəliri |
701 340 | 52% |
QK-a investisiyadan gəlir |
142 655 | 11% |
Digər banklara depozitlərdən gəlirlər |
12 253 | 1% |
Digər banklara kreditlərdən gəlirlər |
1 937 | 1% |
Komissiya haqları |
415 247 | 31% |
Valyuta əməliyyatlarından gəlirlər |
36 620 | 3% |
Digər faiz gəlirləri |
16 537 | 1% |
Digər qeyri-faiz gəlirləri |
11 315 | 1% |
CƏMİ GƏLİRLƏR |
1 337 904 | 100% |