Azərbaycanın bank sektorunun nümaynədələri, xüsusilə də yüksək likvidliyə sahib banklar vəsaitlərini yatırmaq üçün yeni imkanlar axtarırlar.
FED.az xəbər verir ki, 2024-cü ildə ölkə bankları üçün belə istiqamət tapılıb, bu ABŞ bazarıdır. ABŞ-ın xəzinə çekləri və borc qiymətli kağızları bütün dünyada olduğu kimi, Azərbaycanda da populyarlaşmağa başlayıb.
Bank sektorunun liderlərindən olan «Kapital Bank» da ABŞ qiymətli kağızlarına iri vəsaitlər yatırib.
FED.az xəbər verir ki, bank ABŞ «bond»larına 2024-cü ildə giriş edib və kifayət qədər böük məbləğ yatırıb – 811 milyon manat, bu indiki məzənnə ilə 477 milyon dollar deməkdir.
ABŞ kağızlarına yatırımlar «Kapital Bank»ın bu istiqamətdə olan investisiyalarının təqribən dörddə birini təşkil edir.
Xatırladaq ki, 2024-cü ilin nəticələrinə görə, «Kapital Bank»ın qiymətli kağızlara yatırımları 2 milyard 976 milyon manatdır. 2023-cü illə müqayisədə bu rəqəm 1,4 milyard manat artıb.
Bankın QK sahəsində əsas yatırımları Maliyyə Nazirliyinin notlarınadır – 1,6 milyard manat, həcminə görə ikinci yeri də ABŞ xəzinə çekləri tutur.