Ölkənin ən byöük banklarından olan «Kapital Bank» səhmdarlarının ümumi iclasını çağırıb.
"Kapital Bank" Türkiyədə zəlzələdən zərərçəkənlərə - DƏSTƏK GÖSTƏRDİ
FED.az xəbər verir ki, bankın səhmdarlarının iclası martın 31-də «Kapital Bank» ASC-nin Bakı şəhəri, Badamdar qəsəbəsi, Mikayıl Müşviq küçəsi 2E ünvanında yerləşən ofisində baş tutacaq. «Saat 11.00-da Səhmdarların növbəti ümumi yığıncağının keçirilməsi ilə əlaqədar iclasa dəvət olunursunuz»-deyə bankın öz səhmdarlarına ünvanladığı məktubda bildirilir.
İclas səhmdarlar üçün sevinjirici səbəblə keçirilir – müzakirə olunan əsas məsələlər «Kapital Bank» ASC-nin 2022-ci ilin yekunlarına dair maliyyə hesabatlarının təsdiq olunması və ilin yekunlarına əsasən səhmdarlara dividend ödənilməsi olacaq.
İclasda müzakirə ediləcək digər məsələ «Kapital Bank» ASC-nin Nizamnaməsinin yeni redaksiyada təsdiq edilməsidir.
Qeyd edək ki, «Kapitalbank» 2022-ci ili 308 milyon manatı keçən rekord mənəfəətlə başa vurub. İclasda da məhz bu məbləğdən səhmdarlara dividend ödənilməsi müzakirə ediləcək. O ki qalda səhmdarlara, «Kapital Bank»ın əsas səhmdarı – 99,7% paya malik olan «Paşa Holdinq»dir, dividentin 99%-dən böyük hissəsi də Holdinqə ödəniləcək.