“Kapital Bank” Açıq Səhmdar Cəmiyyəti ipoteka kreditlərinin verilməsi şərtlərində mühüm dəyişiklik edib.
Eləcə də bax: "Kapital Bank" 2019-ci ilin nəticələrini - ELAN EDİB
FED.az Banker.az-a istinadən bildirir ki, bank 2013-cü ilə qədər olan tikililər üçün ilkin ödəniş kimi ümumi məbləğini 30% müəyyən edib – buna qədər isə 20% şərti ilə təqdim edirdi.
Bank bu dəyişikliyi həm bank tərəfindən, həm də güzəştli ipotekada (Fond tərəfindən) bu dəyişiklikləri edəcək.
“İstisna hallarda15%-dən başlayaraq təqdim ediləcək”- deyə qeyd edilir.
Yəni, bura da 01 yanvar 2013-cü il tarixdən sonra inşa edilmiş çoxmənzilli binalarda yerləşən mənzillər üçün yalnız 15% keçərli olacaqdır.
Qeyd edək ki, Kapital Bank özü tərəfindən təqdim edilən ipoteka kreditini 25 müddətinə 8% illik ödənişlə, Fond tərəfindən təqdim edilən güzəştli ipoteka kreditini isə 30 il müddətinə olmaqla 4% illik ödəniş faizi ilə təqdim edir.