Bu il martın 14-də "Kapital Bank" ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.
Bankdan FED.az-a verilən məlumata görə, yığıncaqda "Kapital Bank"ın Müşahidə Şurasının tərkibində dəyişikliklərin edilməsi, bankın 2017-ci ilin yekunlarına dair maliyyə hesabatlarının təsdiq olunması, ötən ili maliyyə ilinin yekunlarına əsasən səhmdarlara dividend ödənilməsi müzakirə ediləcək.
Bundan başqa, yığıncağın gündəliyinə, 40 mln. dəyərində, 15% dərəcəsi ilə, qeyri-kumulyativ, müddətsiz imtiyazlı səhmlərin buraxılması və digər məsələlər də daxildir.
Qeyd edək ki, hazırda kapitalbankın 1 səhminin qiyməti 20 AZN təşkil edir.