İran hərbçiləri ABŞ və İsrailin Tehrandakı banklara hücumlarına cavab olaraq ABŞ-ın “Citibank”ının Dubay şəhəri və Bəhreyndəki filiallarına hücum edib.
Avropada qazın qiyməti 3 illik rekord vurub – YENİ QİYMƏT
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) sözçüsü general Əli Məhəmməd Naini bildirib.
Onun sözlərinə görə, hücum İranın iki bankına qarşı hərəkətlərə cavab olub.
“Amerika banklarının filiallarına hücum düşmənin İranın iki bankına qarşı təcavüzünə cavab idi. Əgər düşmən bu hərəkəti təkrarlsa, Amerikanın bölgədəki bütün bank filialları bizim qanuni hədəflərimizə çevriləcək”, – SEPAH özünün Telegram kanalında bildirib.
Xatırladaq ki, bu gün martın 14-də İranın «Tasnim» xəbər agentliyi Dubayda (Birləşmiş Ərəb Əmirlikləri) və Manamada ( Bəhreyn ) yerləşən «Citibank» filiallarına pilotsuz uçuş aparatları (PUA) tərəfindən hücum edildiyini və binalarda yanğınların baş verdiyini bildirib .
Martın 11-də İslam Respublikası Xarici İşlər Nazirliyinin rəhbəri Abbas Əraqçi bildirib ki, ABŞ və İsrail İranın ən qədim bankının binasına işçiləri içəridə olarkən hücum ediblər.












