Azərbaycanda fiziki şəxslərin valyuta dəyişməsi ilə bağlı yeni şərtlər müəyyən edilib.
Azərbaycanda adambaşına valyuta dəyişməyə - GÜNDƏLİK LİMİT QOYULDU – MƏBLƏĞ
FED.az xəbər verir ki, bu Azərbaycan Mərkəzi Bankının idarə heyətinin təsdiqlədiyi «Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər tərəfindən valyuta mübadiləsi əməliyyatlarının aparılması və valyuta mübadiləsi fəaliyyətinə nəzarət Qaydası»ndə nəzərdə tutulur.
Qaydaya əsasən təqvim ili ərzində 20 000 manat və ona ekvivalent məbləğdən artıq məbləğdə əməliyyat aparan fiziki şəxslərə münasibətdə gücləndirilmiş müştəri uyğunluğu tədbirləri tətbiq ediləcək.
Müştəri uyğunluğu tədbirləri nədir?
Bununla bağlı əsas sənəd - “Müştəri uyğunluğu və yeni texnologiyaların tətbiqi zamanı verifikasiya tədbirlərinə, risk faktorlarının müəyyən edilməsinə və müştəri profilinin risk qruplarına aid edilməsinə dair Qaydalar”ı – Azərbaycan Respublikası Maliyyə Monitorinqi xidməti tərəfindən 2023-cü ilin 21 fevralında qəbul edilib.
Müştəri uyğunluğu tədbirləri çərçivəsində eyniləşdirmə tədbirləri fiziki şəxslər barəsində aşağıdakı məlumatların əldə edilməsini nəzərdə tutur.
1. Adı, soyadı, atasının adı (olduğu təqdirdə), ad, soyad və ya atasının adı dəyişdirildikdə əvvəlki ad, soyad və atasının adı, FİN-i, FİN olmadıqda şəxsiyyəti təsdiq edən sənədin nömrəsi, vətəndaşlığı, rezidentliyi, doğum tarixi;
2. Əlaqə məlumatları (qeydiyyatda olduğu və (və ya) faktiki yaşadığı ünvanı, telefon nömrəsi, poçt ünvanı, elektron poçt ünvanı və s.);
3. iş yeri və vəzifəsi (işəgötürənin adı daxil olmaqla), orta illik əmək haqqının məbləği;
4. digər gəlir mənbələri (pensiya, sosial müavinat/yardım, sahibkarlıq fəaliyyəti, depozit və ya onun faizləri, dividend ödənişləri, icarə haqqı, renta haqqı, royalti, miras payı və ya digər), bu mənbələr üzrə orta illik gəlirinin ümumi məbləği və dövrülüyü;
5. hər hansı iş yeri, vəzifəsi və digər gəlir mənbələri olmadığı təqdirdə və ya gəliri ilə əməliyyat aparmaq istədiyi əmlakın məbləği arasında uyğunsuzluq müəyyən edildikdə müştərini maliyyələşdirən (sponsor) şəxs və ya şəxslər (o cümlədən hər hansı iş yeri, vəzifəsi və digər gəlir mənbələri olmayan və ya gəliri ilə əməliyyat məbləği arasında uyğunsuzluq müəyyən edilmiş maliyyələşdirən (sponsor) şəxslərin özlərini maliyyələşdirən (sponsor) şəxs və ya şəxslər) barədə məlumatlar;
6. əməliyyatın (əqdin) öz adından, lakin başqa şəxsin xeyrinə və ya tapşırığı ilə həyata keçirildiyi halda, həmin şəxsə dair məlumatlar;
7. işgüzar münasibətlərin yaradılmasının məqsədi, aparılması nəzərdə tutulan mədaxil əməliyyatlarının ehtimal edilən həcmi, məxaric əməliyyatlarının həcmi və istiqamətləri, son 12 ayda xaricə və xaricdən köçürmələrinə və bu köçürmələrin həcminə dair məlumat, vəsaitlərin mədaxil edilməsinin üsulları, dövrlülüyü, mənbələri, müştəriyə təqdim edilən məhsuldan istifadə ediləcəyi sahələr, platformalar, məhsulun idarə edilməsi üsulu, məhsul üzrə sərəncam vermək hüququna malik olan digər şəxslərin adı, soyadı, atasının adı (olduğu təqdirdə), FİN-i, FİN olmadıqda şəxsiyyəti təsdiq edən sənədin nömrəsi, doğum tarixi, istifadəsi nəzərdə tutulan xidmətlərin siyahısı;
8. birdəfəlik əməliyyatlar zamanı əməliyyatın növü, təyinatı, istiqaməti, vəsaitin mənbəyi.