Yaxın gələcəkdə Azərbaycanla İran arasında milli valyutada əməliyyatların aparılmasına başlana bilər.
FED.az xəbər verir ki, bu gün Bakıda keçirilən Azərbaycan-İran biznes forumunda bildirilib ki, iki ölkənin bank sistemləri arasında münasibətlər daha da güclənməlidir və iki ölkə arasında müştərək bank sistemi yaradılmalıdır.
Biznes dairələrindən FED.az-a verilən məlumata görə, hazırda Amerikanın və Qərbin İrana sanksiya qoyduğuna görə Azərbaycanın biznes strukturları İran şirkətləri ilə bank əməliyyatlarında çətinliklərlə üzləşirlər.
İranla bank əməliyyatları üçün “çıxış yolu” budur – YENİ TƏKLİF
11:21
29 Mart 2018