2025-ci ilin mayın 1-nə Azərbaycanda banklar cəlb etdikləri depozitlər (əmanətlər) üzrə 392,5 milyon manat faiz ödəyiblər.
FED.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bankların depozitlər üzrə faiz xərcləri ötən ilin eyni dövrü ilə müqayisədə 131,6 milyon və ya 50,4% manat artıb. Ay ərzində isə 93,6 milyon (31,6%) artım qeydə alınıb.
2024-cü ilin müvafiq dövründə banklar 260,9 milyon manat depozit faizi ödəmişdilər. 1 ay öncə isə bankların ödədikləri depozit faizlərinin həcmi 298,9 milyon manat idi.