2025-cü ilin mayın 1-nə Azərbaycan banklarının müştərilərə verdiyi kreditlərdən əldə etdikləri faiz gəlirləri 1 milyard 206,8 milyon manat olub.
FED.az bu barədə Mərkəzi Bankın hesabatına istinadən xəbər verir.
Həmin göstərici aprelin 1-nə olan dövr ilə müqayisədə 309 milyon manat və ya 34,4 %, ötən ilin müvafiq dövrü ilə müqayisədə 222,8 milyon manat və ya 22,6% çoxdur.
2024-cü ilin mayın 1-nə Azərbaycan banklarının faiz gəlirləri 897,8 milyon manat olub.
Bu ilin 1 aprel vəziyyətinə bu göstərici 984 milyon manat təşkil edib.