Bank Respublika Silahlı Qüvvələrinin yaranmasının 100 illiyi münasibətilə yeni nağd kredit kampaniyasına start verir.
Bankdan FED.az-a verilən məlumata görə, bu kampaniya çərçivəsində Silahlı Qüvvələr və Güc Strukturları əməkdaşları nağd krediti illik 7%-dək endirimlə və zaminsiz əldə edə biləcəklər.
Kreditin maksimal məbləği 10.000 manat, müddəti isə 36 ayadək təşkil edir. Müştərinin aylıq gəlirindən asılı olaraq 5.000 manatadək nağd kredit isə zaminsiz verilir.
Müxtəlif ehtiyacların qarşılanması üçün nəzərdə tutulmuş nağd pul kreditini əldə etmək üçün Silahlı Qüvvələr və Güc Strukturları əməkdaşları Bank Respublikanın istənilən filialına müraciət edə bilər. Kampaniya 12.07.2018 tarixinədək davam edəcək.
Kampaniyadan Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, Dövlət Sərhəd Xidməti və Prokurorluq orqanlarının əməkdaşları faydalana bilərlər.
Ətraflı məlumatı Bankın rəsmi internet saytından, facebook səhifəisindən, eləcə də 144 Əlaqə Mərkəzindən əldə edə bilərsiniz.