Son illər bütün dünyada olduğu kimi, Azərbaycanda da əməkhaqqı kartları artıq sadəcə maaşın yatırıldığı plastik kart deyil, həm də gəlir və bonus qazandıran maliyyə alətinə çevrilib.
Hansı bankın kartı ilə restoranda yemək daha sərfəlidir? - BANKLAR, «KƏŞBƏK»LƏR, SİYAHI (Oktyabr, 2025)
FED.az xəbər verir ki, indi ölkə bankları arasında rəqabət əmək haqqı kartlarını da əhatə edib. Banklar işəgötürənin və kart sahibinin loyallığına nail olmaq üçün əmək haqqı kartlarına yeni xidmət və opsiyalar əlavə edirlər. Bəzi banklar, əmək haqq kartındakı qalığa faiz hesablayır, digərləri isə yüksək cashback təklif edirlər. Filialı və ATM-i az olan banklar da iri banklara qarşı mübarizədə çıış yolu tapıblar – belə banklar ATM şəbəkələrini ortaq istifadə etməyə başlayıblar. yaradır.
Əmək haqqı kartları hansı şərtlə verilir?
Ölkə banklarının əmək haqqı kartı paketi ilə maraqlananda məlum olur ki, onların əksəriyyəti işçi sayı söhbəti etmirlər – hətta 1 işçisi olan sahibkar da rahat şəkildə əmək haqqı kartı alırlar. Bankların əksəriyyəti əmək haqqı kartını illik 5-10 manat ödənişlə təqdim edirlər, amma bəzi banklarda məsələn «Bank Respublika», «Turanbank» və «Xalq Bank»da əmək haqqı kartları pulsuzdur.
FED.az təklifi: Yeri gəlmişkən, banklar regionlarda öz kartlarından istifadəni artırmaq üçün regiondakı əmək haqqı kartlarını pulsuz edə bilərlər. Eyni yanaşmanı mikro və kiçik sahibkarlara da tətbiq etmək olar.
Əmək haqqı kartları əsasən 3 ilə qədər, bəzi hallarda isə 1-5 illik müddətə verilir.
Bankların əmək haqqı kartına ehtiyatla qoşduqları daha bir opsiya qalıq məbləğə faiz hesablanmasıdır. Hazırda bankların yarıdan çoxu məbləğə faiz hesablamır, amma bəzi banklar müəyyən şərtlər daxilində və ya şərtsiz olaraq əmək haqqına faiz hesablayırlar.
Doğrudur bu faizlər yüksək deyil – illik 3-6% arasındadır. Amma əlavə xidmət olaraq kartı cəlbedici edir.
Əmək haqqında «kəşbək» bayramı
Kart varsa «kəşbək» də olmalıdır – ölkədə hər iki bankdan biri bu fikirdədir. FED,az-ın araşdırması göstərir ki, ölkəəki bankların yarısı əmək haqqına «kəşbək» də verir. Təbii ki, təklif olunan «kəşbək» paketləri çox fərqlənir, bəzi hallarda bu xidmət hər yerdə əlçatandır, bəzi hallarda isə bankın partnyor şəbəkəsi ilə məhdudlaşır.
Ümumilikdə əmək haqqı kəşbəklərini rəqəmə çevirəndə 0,25%-dən başlayaraq 5-6%-ə qədər artır.
«Güclü rəqiblərə qarşı birləşmə» - ortaq bankomat üsulu
Azərbaycanda əmək haqqı kartları bazarı uğrunda çalışan bankların miqyasları və xidmət şəbəkəsi fərqlidir. Bəzi bankların xidmət şəbəkəsinin kiçik olması – filial və bankomatlarının sayının azlığı onların əməkhaqqı kartlarının cəlbediciliyini azaldır.
Banklar bu problemin həllni tapıblar, bəzi banklar əmək haqqı mövzusunda bankomat şəbəkələrini «birləşdiriblər», yəni bir bankın əməkhaqqı ilə pulu, digər bankın bankomatından komissiyasız çıxarmaq olar.
Bu anlayış o deməkdir ki, kart sahibi yalnız öz bankının deyil, həm də digər tərəfdaş bankların ATM-lərində komissiyasız nağd pul çıxara bilir. Banklar bu məsələ bir neçə qrupda birləşiblər.
Məsələn, «Paşa Bank» kart sahibləri «Kapital Bank» ATM-lərindən, «Bank Respublika» müştəriləri isə «Rabitəbank» ATM-lərindən istifadə edə bilir.
Daha geniş ortaq şəbəkə isə «Turan Bank» və «dost»larına məxsusdur: «AFB Bank», «Azər-Türk Bank», «AccessBank», «Bank Avrasiya», «Bank of Baku», «Expressbank», «Ziraat Bank Azərbaycan» və «Yelo Bank» ATM-ləri bu sistemə daxildir.
Bundan başqa, «Ziraat Bank Azərbaycan»ın da tərəfdaşlıq etdiyi banklar var, bu siyahıya «AFB Bank», «Azər-türk Bank», «Express Bank», «Turan Bank», «Yapı Kredi Bank», «Access Bank» və «Yelo Bank» aiddir.
Daha ətraflı məlumat aşağıdakı cədvəldə:
Bankın adı |
Xidmət haqqı |
Müddət |
Qalığa faizin hesablanması |
Cashback imkanı |
ABB |
1 illik 10 AZN 2 illik 15 AZN 3 illik 20 AZN |
1-3 il |
Yoxdur |
Fayda Max cashback kateqoriyaları ilə cashback qazanmaq mümkündür |
ASB |
5 AZN |
3 illik |
4,5% |
Yoxdur |
ATB |
10 AZN |
3 illik |
Aktiv kampaniya yanvarın 15-dək 8%, kampaniya bitdikdən sonra 5,5% |
Yanacaq doldurma məntəqələri, onlayn ödənişlər, səhiyyə, ölkə xaricində edilən ödənişlər, atb360 mobil tətbiqində kommunal ödənişlər və digər ödənişlər üzrə 1%, geyim və aksesuar üzrə 1,5%, elektronika, restoran və kulinariya, Temu və Trendyol üzrə 2%, market üzrə 0,5%, təhsil xərcləri üzrə isə 3% keşbek təqdim olunur. Bankın partnyor şəbəkəsində ödənişlərdən 30%-dək keşbek qazanmaq mümkündür. |
Bank of Baku |
8 AZN |
4 illik |
Yoxdur |
Bankın partnyor şəbəkəsində ödənişlərdən 45%-dək keşbek qazanmaq mümkündür. |
Rabitəbank |
50 ədəddək sifariş zamanı hər il üçün xidmət haqqı 5 AZN 50-dən çox sifariş verilsə pulsuz |
5 illik |
4% |
Yaşıl cashback kateqoriyaları ilə cashback qazanmaq mümkündür |
Unibank |
1-3 il - 10AZN |
5 il |
5 000 AZN-dən olan kart qalığına 1% 5000 – 5000 AZN aralığındaki kart qalığına 7 % |
Yoxdur |
VTB Bank |
1 illik – 5 AZN 2 illik 10 AZN 3 illik 15 AZN |
1 – 3 il |
Yoxdur |
Yoxdur |
Yelo Bank |
Pulsuz |
3 il |
3% |
Yoxdur |
AFB Bank |
5 AZN |
3 il |
Yoxdur |
Yoxdur |
Turan Bank |
Pulsuz |
3 il |
6% |
Bankın partnyor şəbəkəsində ödənişlərdən 20%-dək keşbek qazanmaq mümkündür. |
Premium Bank |
1 illik 5 AZN 2 illik 7 AZN 3 illik 12 AZN |
1-3 il |
Yoxdur |
Yoxdur |
Expressbank |
5 AZN |
3 il |
Hesab qalığı 1 000-10 000 AZN olduqda, debet qalığına illik 6% gəlir hesablanır |
Bankın partnyor şəbəkəsində ödənişlərdən 30%-dək keşbek qazanmaq mümkündür. |
Kapital Bank |
Online sifariş zamanı 5 AZN, filialdan sifariş zamanı 10 AZN |
3il |
Yoxdur |
Müştərilər 'Bir Bonus' bölməsində kateqoriya seçimi edərək cashback qazana bilərlər. 4 kateqoriya üzrə seçim mümkündür və hər ay yenilənir. |
Respublika Bank |
Pulsuz |
3 il |
Yoxdur |
Yoxdur |
Xalq Bank |
Pulsuz |
3 il |
Yoxdur |
Yoxdur |
Bank Avrasiya |
10 AZN |
3 il |
Yoxdur |
Yoxdur |
Yelo Bank |
5 AZN |
3 il |
3% |
Bankın partnyor şəbəkəsində ödənişlərdən 30%-dək keşbek qazanmaq mümkündür. |
Yapı Kredi Bank Azərbaycan |
10 AZN |
5 il |
Yoxdur |
Yoxdur |
Paşa Bank |
7 AZN |
3 il |
Yoxdur |
0.25% - |
Accessbank |
5 AZN |
3 il |
Yoxdur |
Aşağıdakı kateqoriyalar üzrə 5% cashback hesablanır: Marketlər Geyim və aksessuarlar – 5% Kafe və restoranlar – 5% Kinoteatrlar – 5% Aptek – 5% Gül dükanları – 5% Zoomaqazinlar – 5% Gözəllik və SPA – 5% Sport – 5% Əyləncə – 5% |
Ziraat Bank Azərbaycan |
1 illik 7 AZN 3 illik 15 AZN |
1-3 il |
Yoxdur |
Yoxdur |