Restoranda yemək yeyərkən həm ləzzət almaq, həm də pulun bir hissəsini geri qazanmaq mümkündür.
Hansı bankın kartı ilə maşına yanacaq almaq daha sərfəlidir? – BANKLAR, «KƏŞBƏK»LƏR, SİYAHI (Oktyabr, 2025)
Hansı bankın kartı ilə marketə getmək daha sərfəlidir? – BANKLAR, «KƏŞBƏK»LƏR, SİYAHI (Oktyabr, 2025)
FED.az oktyabr ayına olan kart təkliflərini müqayisə edib.
Restoranlarda alış-veriş zamanı ən yüksək kəşbək faizi 5%-lə «AccessBank» myCard White kartına məxsusdur. Bu kartla qazanılacaq kəşbək məbləğinə limit tətbiq edilmir, yəni müştəri nə qədər çox xərcləsə, o qədər də çox qazanır. Eyni zaman da «Yelo Bank»a məxsus Yelo Light kartı ilə də 5% cashback qazanmaq mümkündür.
«Unibank»ın Ucard kartında isə mərhələli sistem (Classic, Pro, Premium) tətbiq olunur və müştəri xərclərini artırdıqca daha çox qazanmaq imkanı əldə edir. Bu kart vasitəsilə bəzi seçilmiş restoranlarda 10%-dək cashback qazanmaq olur.
Daha detallı cədvəldə:
Kartın məxsus olduğu bank |
Kartın adı |
Restoranlarda alış-veriş zamanı qazanılan kəşbək faizi |
Aylıq qazanılan maksimum kəşbək |
«Azərbaycan Beynəlxalq Bankı» |
TamKart VISA Classic Debet |
Kapitalist – 1,5% Səhmdar – 3% Romantik – 2% Gən+ - 2% |
300 AZN |
«Yelo Bank» |
Yelo Light |
Standart paket - 3% Parlaq paket – 5% |
Standart paketi seçənlər 90 AZN, Parlaq paketi seçənlər isə 210 AZN |
«Xalq Bank» |
XalqKart CASHBACK |
2% |
300 AZN |
«Bank of Baku» |
Bolkart Debet Bolkart Kredit |
Bolkart Debetlə - 1,5% Bolkart Kreditlə - 5% |
40 AZN |
«Rabitəbank» |
Kartmane Debet Kartmane Kredit |
Kartmane Debet - Kartla ödənişdə 1%, Apple Pay və Google Pay ödənişdə 2% Kartmane Kredit - Kartla ödənişdə 2%, Apple Pay və Google Pay ödənişdə 3% |
200 AZN |
«Azər-Türk Bank» |
ATB card |
2% |
200 AZN |
«Bank Respublika» |
Visa Neo Standard |
4% |
200 AZN |
«AccessBank» |
myCard White |
5% |
Limitsiz |
«Unibank» |
UCard |
*Classic mərhələ: Hill 3% Zakura 3% Novbahar 3% L 'Occitane 3% By Ruslan Pizza 3% Digər restoranlar - 2%
Pro mərhələ: Hill 5% Zakura 5% Novbahar 5% L 'Occitane 5% By Ruslan Pizza 5% Digər restoranlar – 2,5%
Premium mərhələ: Hill 5% Zakura 5% Novbahar 5% L 'Occitane 7% By Ruslan Pizza 10% Digər restoranlar – 2,5% |
50 AZN |
*Qeyd: Ay ərzində 300 AZN nağdsız dövriyyəni tamamlamaqla və bankda 500 AZN həcmində depozit (Topla istisnadır) yerləşdirməklə növbəti ay Pro mərhələsinə keçmək olar. UBank-da "Pro" mərhələsinə klik etməklə həm hədəfi izləmək, həm də hədiyyələrə baxmaq olar.
Ay ərzində 800 AZN nağdsız dövriyyəni tamamlamaqla və bankda 3000 AZN həcmində depozit (Topla istisnadır) yerləşdirməklə, növbəti ay Premium mərhələsinə keçmək olar. UBank-da "Premium" mərhələsinə klik etməklə həm hədəfi izləmək, həm də hədiyyələrə baxmaq olar.