Ötən gün Gürcüstanın Zuqdidi şəhərində bir silahlı şəxsin “Bank of Georgia”nın işçilərini və müştərilərini girov saxladığı anın videogörüntüləri yayılıb.
Eləcə də bax: Gürcüstanda bankda insanları girov götürən şəxs təslim oldu
FED.az xəbər verir ki, silahlı şəxs girovlardan birinə bank filialında baş verənlərin hamısını lentə almasını və televiziya kanallarından birinə göndərməsini əmr edib.
Kadrlarda əlində avtomat və əl qumbarası olan maskalı cinayətkarın stulda, girovların yerdə əyləşdiyi görünür.
Silahlı şəxs hüquq-mühafizə orqanı əməkdaşları ilə dialoqdan sonra girovları sərbəst buraxıb, özü isə polisə təslim olub.
Qeyd edək ki, bank işçiləri və müştərilər 7 saat girov saxlanılıblar. (Qafqazinfo)