Bu ilin sentyabr ayında Azərbaycanda sahibkarlara verilən kreditlərin həcmi 3 milyard 472 milyon manata çatıb.
FED.az bu barədə Mərkəzi Bankın açıqladığı aylıq statistik bülletenə istinadən xəbər verir.
Məlumata görə bu aylıq müqayisə 95 milyon manat (2,8%), ötən ilin sonu ilə müqayisədə 543 milyon manat (18,5%), illik müqayisədə 751 milyon manat (27,6%) çoxdur.
Belə ki, sahibkarlara verilmiş kreditlərim həcmi 1 sentyabr tarixinə 3 milyard 377 milyon manat, ötən ilin sonuna 2 milyard 929 milyon manat, ötən ilin eyni dövrünə isə 2 milyard 721 milyon manat təşkil edib.