2024-cü il oktyabr ayının 1-nə banklar tərəfindən Azərbaycan iqtisadiyyatına kredit qoyuluşları 26,7 milyard manat təşkil edib.
FED.az bu barədə Mərkəzi Banka istinadən xəbər verir.
Bunun da 20,5 milyard manatı Bakı şəhərinin payına düşüb.
Bakıdan sonra ən çox kredit 997,3 milyon manat olmaqla Abşeron-Xızı iqtisadi rayonunun payına düşünb.
Gəncə-Daşkəsən iqtisadi rayonunda isə bu göstərici793,5 milyon manat təşkil edib.
Ən az kredit isə 171,2 milyon manata yaxın olmaqla Dağlıq-Şirvan iqtisadi rayonunun payına düşüb.
Məlumata görə orta faiz dərəcəsi ən yüksək olan iqtisadi rayonlar Dağlıq-Şirvan (19,18%), Lənkəran-Astara (18,98%), Qarabağ iqtisadi rayonları (18,92%) olub.
Ən aşağı orta-faiz dərəcəsi isə Bakı iqtisadi rayonunda (11,65%) qeydə alınıb.
Manatla orta faiz dərəcəsi ən yüksək olan iqtisadi rayonlar Dağlıq-Şirvan (19,21%), Şirvan-Salyan (19,20%) və Lənkəran-Astara (19,01%) iqtisadi rayonları olub.
Ən aşağı orta-faiz dərəcəsi isə Bakı iqtisadi rayonunda (13,37%) qeydə alınıb.
Sərbəst dönərli valyutada orta faiz dərəcəsi ən yüksək olan iqtisadi rayonlar Mil-Muğan (14,83%), Qarabağ (8,16%) və Dağlıq-Şirvan (7,50%) iqtisadi rayonları olub.
Ən aşağı orta-faiz dərəcəsi isə Gəncə-Daşkəsən iqtisadi rayonunda (4,91%) qeydə alınıb.
Daha ətraflı aşağıdakı cədvəldə:
S/n |
İqtisadi Rayonlar |
Ümumi Kreditlər Min Manat |
Orta Faiz Dərəcəsi |
Manatla olan kreditlər |
Manatla Kreditlərin Orta Faiz Dərəcəsi! |
Sərbəst dönərli valyutada olan kreditlər |
Sərbəst dönərli valyutada kreditlərin orta faiz dərəcəsi |
|
Cəmi |
26 705 972 |
13,00% |
22 092 716 |
14,57% |
4 613 256 |
5,45% |
1 |
Bakı iqtisadi rayonu |
20 508 705 |
11,65% |
16 083 317 |
13,37% |
4 425 388 |
5,41% |
2 |
Abşeron-Xızı iqtisadi rayonu |
997 287 |
15,99% |
949 269 |
16,47% |
48 019 |
6,50% |
3 |
Gəncə-Daşkəsən iqtisadi rayonu |
793 527 |
16,97% |
777 591 |
17,22% |
15 936 |
4,91% |
4 |
Lənkəran-Astara iqtisadi rayonu |
617 574 |
18,98% |
615 916 |
19,01% |
1 658 |
7,39% |
5 |
Mərkəzi Aran iqtisadi rayonu |
531 503 |
18,61% |
526 519 |
18,72% |
4 985 |
6,33% |
6 |
Qazax-Tovuz iqtisadi rayonu |
499 363 |
18,44% |
491 219 |
18,65% |
8 144 |
5,74% |
7 |
Qarabağ iqtisadi rayonu |
473 097 |
18,92% |
472 402 |
18,93% |
695 |
8,16% |
8 |
Quba-Xaçmaz iqtisadi rayonu |
449 963 |
17,19% |
436 215 |
17,54% |
13 749 |
6,10% |
9 |
Şirvan-Salyan iqtisadi rayonu |
423 587 |
18,69% |
407 072 |
19,20% |
16 514 |
6,07% |
10 |
Naxçıvan iqtisadi rayonu |
417 134 |
14,04% |
416 825 |
14,05% |
309 |
6,02% |
11 |
Şəki-Zaqatala iqtisadi rayonu |
356 303 |
17,03% |
317 897 |
18,25% |
77 396 |
6,53% |
12 |
Mil-Muğan iqtisadi rayonu |
286 072 |
18,82% |
286 067 |
18,82% |
5 |
14,83% |
13 |
Dağlıq Şirvan iqtisadi rayonu |
179 179 |
19,18% |
178 719 |
19,21% |
460 |
7,50% |