2018-ci ilin ilk ayında Azərbaycanda fəaliyyət göstərən beş bankda əhalidən cəlb olunan manat, dollar və avro əmanətləri üzrə faiz dərəcələrinə yenidən baxılıb.
FED.az xəbər verir ki, araşdırmaya görə, manatla qəbul olunan depozitlərin dərəcələri “Accessbank”da 11,3-12%-dən 10,3-11%-ə, “Amrahbank”da - 12-12,5%-dən 10-10,5%-ə, “Bank Respublika”da - 11-11,5%-dən 10,5-11%-ə kimi azalıb, “AtaBank”da 9,5-10,5%-dən 11-12%-ə, “Bank Nikoil”da 10-10,5%-dən 11,5-12%-ə kimi artıb.
ABŞ dolları və avro ilə qəbul olunan birillik əmanətlər üzrə dərəcələr müvafiq olaraq “Bank Respublika”da - 2-2,25%-dən 2,25-2,5%-ə kimi artıb, “Amrahbank”da – 2-2,2%-dən 1-1,2%-ə kimi azalıb.
Bütövlükdə banklar milli valyutada olan əmanətləri 5,25-12,75% diapozonunda qəbul edir. Manat üzrə ən yüksək faizləri "Muğanbank", ən aşağı faizləri isə "Ziraat Bank Azərbaycan" təklif edir.
ELƏCƏ DƏ BAX: Banklardan dollar alışı kəskin artıb – RƏQƏMLƏR
Banklar dollar əmanətlərini 0,1-3%-lə cəlb edirlər. Ən sərfəli faizləri yüz faiz xarici kapitallı "Accessbank", yerli "Amrahbank", "Atabank" , "Bank of Baku", "BTB Bank", "GünayBank", "NBC Bank" və "Nikoil Bank" təklif edir.
Avro əmanətləri üzrə ən yüksək faiz dərəcəsi “Ata Bank”da müəyyən olunub.
Məlumatların toplanmasında əsas kriteriya kimi vəsaitlərin 1 il müddətinə qəbul olunması, məbləğə olan minimal tələbin yuxarı həddinin 1000 manatı aşmaması götürülüb. Bu baxımdan icmala "Premium Bank" (minimum məbləğ 500 000 AZN), "Paşa Bank" (30 000 AZN), və "Melli İran Bankı"nın Bakı fillialı (5 000 AZN) daxil edilməyib. "Pakistan Milli Bankı"nın Bakı filialının depozit qəbul etməsi haqda isə heç bir məlumat yoxdur.
Aşağıdakı cədvəldə Azərbaycanda fəaliyyət göstərən bankların əmanətlər üzrə təklif etdikləri faiz dərəcələri göstərilir: