Bankların başlıca resurs mənbələrindən olan əhalinin bank əmanətləri ilin əvvəlindən 3.7% artaraq 8.7milyard manata çatıb.
Eləcə də bax:Mərkəzi Bank valyuta ehtiyatlarını - AÇIQLADI
Bu barədə FED.az Azərbaycan Respublikası Mərkəzi Bankının (AMB) 2020-ci il və ortamüddətli dövr üçün pul və maliyyə sabitliyi siyasətinə istinadən xəbər verir. Belə ki, bəyanatda deyilir ki, əmanətlərin 84.4%-i Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunur: “Maliyyə sektorunda restrukturizasiya proseslərinin tamamlanmaması əmanətlərin sığortalanması sisteminin təkmilləşməsinə ləngidici təsir edən amillərdən biri olub"