Kapital Bankın qeyri-kumulyativ səhm buraxması məsələsi hələki açıq qalıb. FED.az xəbər verir ki, bugün keçirilən səhmdarların növbəti iclasında belə qərar verilib ki, 40 milyon manat həcmində səhm ehtiyac olduğu təqdirdə buraxılacaq.
Səhmdarlar isə öz payları nisbətində həmin səhmləri ala biləcəklər. Bir payın qiyməti isə 12 man 39 qəpik olacaq.
Qeyd edək ki, səhmlər üzrə gəlirlilik 15% olmaqla imtiyazlıdır və ancaq səhmdarlar arasında qapalı şəkildə yerləşdiriləcək.
Ehtiyac olsa...biri 12 man 39 qəpik
13:04
14 Mart 2018