2020-ci il yanvar ayının 1-nə əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3,1 faiz artaraq 8 milyard 637,9 milyon manat təşkil edib.
Eləcə də bax: Əmanətlərin tam sığortalanması dövrü - BAŞA ÇATIR – AMB-DƏN AÇIQLAMA
FED.az xəbər verir ki, əmanətlərin 52,2 faizi xarici, 47,8 faizi isə milli valyutada qoyulub. Milli valyutada olan əmanətlər ötən ilin müvafiq dövrünə nisbətən 31,5 faiz artıb, xarici valyutada əmanətlər isə 13,9 faiz azalıb.
Yanvar ayında milli valyutanın 1 ABŞ dollarına nisbətdə orta məzənnəsi 1,70 manata, 1 avroya 1,89 manata, 100 rus rubluna 2,75 manata bərabər olub.
2020-ci il yanvar ayının 1-nə ölkənin bank və digər kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 15297,2 milyon manat təşkil edib, onun 12 milyard 378,8 milyon manatı uzunmüddətli kreditlər olub. Ödəmə vaxtı keçmiş kreditlərin məbləği ümumi kredit portfelinin 8,3 faizini təşkil edib.
Trend