FED.az xəbər verir ki, Mərkəzi Bankın dərc etdiyi 2024-cü ilin 1-ci yarımili üzrə Maliyyə Sabitliyi Hesabatında bankların kredit və depozit portfellərinin dollarlaşması səviyyələri barədə məlumatlar da verilib.
Həmçinin Mərkəzi Bankın normativ xarakterli aktlarına əsasən ipoteka kreditinin yalnız milli valyutada verilməsi tələbi ipoteka kreditləri üzrə portfelin demək olar ki, milli valyutada olmasını şərtləndirmişdir. Cari ilin birinci yarısında istehlak kreditlərinin dollarlaşma səviyyəsində nəzərəçarpan dəyişiklik olmamışdır
2024-cü ilin ilk yarımili ərzində depozit portfeli üzrə dollarlaşmanın əsas hərəkətverici qüvvəsi hüquqi şəxslərin tələbli və fiziki şəxslərin müddətli depozitləri olmuşdur. Hüquqi şəxslərin tələbli depozitləri üzrə dollarlaşma 0.5 f.b. artaraq 36.8% təşkil etmişdir. Xarici valyutada hüquqi şəxslərin müddətli depozitləri isə 2.7 f.b. azalaraq 56.5% olmuşdur. Hüquqi şəxslərin xarici valyutada olan tələbli depozitlərində artımın əsas səbəbi əsasən neft-qaz sektorunda fəaliyyət göstərən şirkətlərin əməliyyatları ilə bağlıdır. Cari ilin əvvəli ilə müqayisədə I yarımildə fiziki şəxslərin müddətli depozitləri üzrə dollarlaşma 1.2 f.b. artaraq 35.5%, tələbli depozitləri üzrə isə 0.5 f.b azalaraq 33.1% olmuşdur.