“Bank Respublika”nın bu il ən çox hansı sahəyə kredit verdiyi məlum olub.
FED.az xəbər verir ki, bank bu il müştərilərinə 454 milyon 765 min manat kredit verib. Bu ötən ilin yekunu ilə müqayisədə 111 milyon 136 min manat və ya 32,34% çoxdur.
Eləcə də bax:«Bank Respublika» mənfəətini 12,8 dəfə artırıb – HESABAT AÇIQLANDI
Bank ən çox krediti biznes sahəsinə verib. Belə ki, müştərilərə verilmiş kreditlərin 71,82%-i biznes sahəsinə verilib.
“Bank Respublika”bu ilin yanvar-sentyabr dövründə biznes sahəsinə 326 milyon 656 min manat kredit verib. Bu məbləğ ötən ilin yekunu ilə müqaisədə 84 milyon 295 min manat və ya 34,78% çoxdur. Bankın biznes sahəsinə verdiyi kreditlər istehlak kreditləri ilə müqayisədə 4 dəfədən də çoxdur.
Həmçinin bank biznes sahəsi ilə yanaşı istehlak və daşınmaz əmlaka da verdiyi kreditlərin məbləğini artırıb.
Ötən ilin yekununda istehlak sahəsinə 54 milyon 812 min manat kredit verən bank. Bu ilin 9 ayının yekununda bu göstəricini 22 milyon 689 min manat və ya 41,39% artıraraq 77 milyon 502 min manata çatdırıb.
Bank bu ilin 9 ayında daşınmaz əmlak sahəsinə 49 milyon 880 min manat kredit verib ki, bu da 2018-ci ilin yekun hesabatı ilə müqayisədə 4 milyon 105 min manat və ya 8,96% çoxdur.
Həmçinin bank digər sahələrə də verdiyi kreditlərin məbləğini artırıb. Ötən ilin yekun nəticəsinə görə, bank digər sahələrə 679,86 min manat kredit vermişdisə də bu ilin 9 ayında bu rəqəmi 45,51 min manat və ya 6,69% çoxdur.