Azərbaycanda biznes kredit portfeli ən çox böyüyən bankların adları məlum olub.
FED.az biznes və maliyyə xəbərləri portalı bankların biznes kreditlərinin dinamikası üzrə hazırladığı renkinqə istinadən xəbər verir ki, ən yüksək artım faiz ifadəsi ilə "Ziraat Bank Azərbaycan"da 6,8%, olmaqla qeydə alınıb. Məbləğ ifadəsi ilə bankın kredit portfeli 34 milyon manat həcmində artıb.
"Ziraat Bank Azərbaycan"dan sonra artıma görə ikinci yerdə 4,7% və ya 20,4 milyon manat göstərici ilə "Unibank" gəlir.
Kredit portfelində 4,3% və ya 3,9 milyon manat artım baş verən"AFB Bank" üçüncüdür.
"Bank of Baku"nun kredit portfeli ötən ilin sonu ilə müqayisədə 3,7% və ya 4,9 milyon manat dəyərində böyüyüb.
"Kapital Bank"ın kredit portfelində təxminən 3,5% və ya 58,1 milyon manat artım baş verib.
Hesabat rübündə 22 bankın 13-nün biznes kredit portfelində artım baş verib.