“Rabitəbank” ASC Müşahidə Şurasının 6 dekabr 2017-ci il tarixli 109 saylı qərarına əsasən, 2018-ci il yanvarın 17-də Bankın səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcəkdir.
FED.az xəbər verir ki, səhmdarların növbədənkənar ümumi yığıncağının keçirilməsi, Bakı şəhəri, 28 May küçəsi 33 nömrəli ünvanda yerləşən bankın inzibati binasında, saat 17.00-a təyin edilmişdir.
Gündəlikdəki məsələlərə “Rabitəbank” ASC-nin 2018-ci il üçün tərtib edilmiş büdcə proqnozlarının təsdiq edilməsi və Cari məsələlər daxildir.
Qeyd edək ki, mətbuatda “Rabitəbank” ASC və "BankRespublika" ASC-nin birləşəcəyi barədə iddilar irəli sürülüb. Verilən məlumata görə, "Rabitəbank" və "Bank Respublika" konsolidasiya (birləşmə) ilə bağlı danışıqlar aparır.
Eləcə də bax: Azərbaycanda daha bir bankda problem – ƏMANƏT QƏBULUNU DAYANDIRDI
"Rabitəbank"ın Müşahidə Şurasının sədri Zakir Nuriyev açıqlamasında bildirib ki, rəhbərlik etdiyi bank daim konsolidasiya ilə bağlı danışıqlara açıqdır: "Bilirsiniz ki, mən həm də Azərbaycan Banklar Assosiasiyasının prezidentiyəm. Bizim işimiz konsolidasiya prosesini təşviq və təbliğ etməkdən ibarətdir. Lakin hazırda konsolidasiya və ya qoşulma ilə bağlı konkret danışıqlar aparılmır, konkret qərar da yoxdur".
@marja