Azərbaycan Beynəlxalq Bankı TamKart arzusunda olan hər bir müştəriyə indi bu kartı pulsuz əldə etmək imkanı yaradıb.
FED.az xəbər verir ki, Bankın iyulun sonuna qədər elan etdiyi kampaniya çərçivəsində hər bir müştəri TamKart Visa Classic və TamKart Mastercard Standard kartlarını heç bir xidmət haqqı ödəmədən ala bilər.
IBA Miles kartları ilə gələcək səyahətlər üçün indidən millər topla!
TamKart eyni vaxtda həm debet, həm də kredit kartı funksiyasını özündə birləşdirən faydalı bir kartdır. Bu kart müştərilərə bankla tərəfdaş məkanlarda hissə-hissə ödəniş və kəşbək imkanları yaradır. Üstəlik, Azərbaycan Beynəlxalq Bankının ATM-lərində TamKartla nağdlaşdırmaya görə heç bir komissiya haqqı tutulmur. TamKartın üstünlükləri haqqında ətraflı məlumatları buradan əldə etmək və kartı onlayn sifariş vermək olar.
"Beynəlxalq Bank"dan iş adamları üçün - DAHA BİR İMKAN
Azərbaycan Beynəlxalq Bankının keçirdiyi kampaniyanın imkanları bununla bitmir. Kampaniya ərzində müştərilər nağd pul kreditini də Bankdan 48 ayadək müddətə, 2% güzəştlə, cəmi 18%-dən başlayan faizlərlə əldə edə bilərlər. Kampaniyadan Azərbaycan Beynəlxalq Bankının hər bir əməkhaqqı və pensiya kartı sahibi faydalana bilər.
Beynəlxalq Bank Tibb İşçiləri üçün - YENİ GÜZƏŞTLƏRƏ BAŞLAYIR!
Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları Bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi “Facebook” səhifəsindən əldə etmək olar.