Tibb işçilərimizin fədakar əməyinə hər zaman yüksək dəyər verən Azərbaycan Beynəlxalq Bankı 17 İyun Tibb İşçilərinin Peşə Bayramı gününü özünəməxsus tərzdə təbrik edib.
Eləcə də bax: Ölkənin ən böyük bankından qlobal şirkətlər üçün - DAHA BİR YENİLİK
FED.az xəbər verir ki, bank bu günə özəl olaraq tibb işçiləri üçün yeni kampaniyaya start verib. Kampaniya çərçivəsində Azərbaycan Beynəlxalq Bankının TamKart Mastercard Gold, TamKart Visa Classic və TamKart Mastercard Standard kartları tibb işçilərinə pulsuz təklif edilir. Üstəlik, əməkhaqqını Azərbaycan Beynəlxalq Bankı vasitəsilə alan tibb işçilərinə bu kampaniya çərçivəsində TamKart üzrə ən azı 1000 AZN-lik kredit limiti ayrılacaq. TamKartın üstünlükləri, müştərilərə yaratdığı imkanlar haqqında ətraflı məlumatları buradan əldə etmək olar.
Kampaniya dövründə tibb işçiləri nağd pul kreditini də Azərbaycan Beynəlxalq Bankından 48 ayadək müddətə, 2% güzəştlə, cəmi 18%-dən başlayan faizlərlə, həm də komissiyasız əldə edə bilərlər. 10 000 manata qədər kreditin rəsmiləşdirilməsinə görə onlardan zamin tələb olunmur. 17 iyundan 30 iyunadək davam edən bu kampaniyanın üstünlüklərindən Azərbaycanın hər bir tibb işçisi faydalana bilər.
Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi “Facebook” səhifəsindən əldə etmək olar.