Bank

Bankların online müştəriləri başqa müştərilərdən 15% - ÇOX XƏRCLƏYİRLƏR

Bankların online müştəriləri başqa müştərilərdən 15% - ÇOX XƏRCLƏYİRLƏR | FED.az
15:50 3 İyun 2019
Moskva Kredit Bankı (MKB) bankın distant məhsullarının satışı üzrə araşdırma aparıb.

FED.az xəbər verir ki, rəqəmsal kanallarla cəlb edilən müxtəlif səviyyəli müştərilər əməliyyatların tezliyinə görə, və hesabdakı qalıqların göstəricilərinə görə adi üsullarla bank xidmətlərindən istifadə edənlərdən fərqləniblər.

Araşdırmanın ən maraqlı nəticələrindən biri, o olub ki, müştəri online xidmətdən istifadə edərkən  orta əməliyyatın həcmi digər ənənəvi üsullarla bank xidmətlərindən istifadə edənlərdən 15% çox olub.  

Tədqiqat dijital müştərilərin rəqəmsal olmayan müştərilərlə müqayisədə daha aktiv olduğuna dair hipotezə əsaslanır və rəqəmsal qarşılıqlı əlaqələrin artması istehlakçı fəaliyyətinin artmasına gətirib çıxardığı qeyd olunur.

 

Digər xəbərlər

Banner