Müştərilərə verilən kreditlərin artması ilə bərabər bankların faiz gəlirləri də artır.
FED.az Maliyyə Bazarlarına Nəzarət Palatasının aylıq statistikasına istinadən xəbər verir ki, 2019-cu ilin 8 ayı ərzində (yanvar-avqust) Azərbaycanda fəaliyyət göstərən banklar verilən kreditlərdən 905 milyon 100 min manat gəlir əldə ediblər. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 113 milyon 200 min manat və ya 14,3% çoxdur.
Eləcə də bax: Ticarət və Xidmət sektoruna verilən – KREDİTLƏR ARTIB
Təkcə avqustda bankların kreditlər üzrə faiz gəlirləri 121 milyon 600 min manat təşkil edib. Azərbaycanda fəaliyyət göstərən banklar 2019-cu ilin 7 ayı ərzində (yanvar-iyul) verilən kreditlərdən 783 milyon 500 min manat gəlir əldə etmişdilər.
Banklar kreditlərdən 2018-ci ili 8 ayında 791 milyon 900 min manat, 2018-ci ilin 12 ayı ərzində isə 1 milyard 224 milyon 500 min manat gəlir götürmüşdülər.
Marja