2024-cü ilin iyulun 1-nə Azərbaycan banklarının kreditlər üzrə faiz gəlirləri 1 milyard 505,8 milyon manat olub.
FED.az bu barədə Mərkəzi Bankın hesabatına istinadən xəbər verir.
Həmin göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 274,1 milyon manat və ya 22,2% çoxdur.
2023-cü ilin iyulun 1-nə Azərbaycan banklarının faiz gəlirləri 1 milyard 234,7 milyon manat olub.
Aylıq müqayisədə bankların kreditlərdən qazandıqları məbləğin həcmi 263,8 milyon (21,2%) artıb.
Bu ilin 1 iyun vəziyyətinə bu göstərici 1 milyard 245 milyon manat təşkil edib.