Azərbaycanda bank olmayan kredit təşkilatlarının (BOKT) kredit portfeli sürətlə artmaqdadır.
FED.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, b ilin 2-ci rübünün nəticələri üzrə Azərbaycanda BOKT-larının kredit portfeli 681,6 milyon manat təşkil edib. Bu 2023-cü ilin eyni dövü ilə müqayisədə 184 milyon manat və ya 37% artıqdır. Xatırladaq ki, 2023-cü ilin ilk yarısından sonra BOKT-ların kredit portfeli 493 milyon manat idi.
Bu dövrdə bankların da kredit portfeli böyüyb, amma daha az sürətlə. 2024-cü ilin ilk yarım illiyinin yekunlarına görə, ölkədəki bankların kredit portfeli 25 milyard 430 milyon manata bərabər olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 4 milyard 133 milyon manat və ya 19,4% çoxdur. Xatırladaq ki, ötən ilin I yarısının sonunda banklar 21 milyard 296 milyon manat kredit portfelinə malik idi.
Hələlik BOKT-ların kredit portfeli banklarla müqayisə olunmaz vəziyyətdədir – hazırda bankların portfeli BOKT-lardan 37 dəfə artıqdır. Bununla yanaşı, rəqəmlərdən görünür ki, BOKT-larda kreditlər daha sürətlə artır. Belə ki, ötən ilin eyni dövründə bankların kredit portfeli BOKT-lardan 43 dəfə artıq idi.