2020-ci ilin sentyabrın 1-ə olan məlumata görə, Azərbaycanda banklara qoyulan depozitlərin ümumi məbləği 22 milyard 727,8 milyon manatdır.
Eləcə də bax: Kredit və depozit faizlərinin arasındakı ən böyük “uçurum” olan - RAYONLAR - SİYAHI
FED.az xəbər verir ki, depozitlərin həcmi ilin əvvəli ilə müqayisədə 8,5% və ya 2 milyard 109,4 milyon azalıb.
Depozitlərin həcmi son 1 ayda isə 0,9% və ya 195,7 milyon manat, 1 ildə isə 1,2% və ya 280,5 milyon manat artıb.
Azərbaycanda mart ayından başlayan pandemiya dövründən sonra isə depozit qoyuluşu 5,6% və ya 1 milyard 357,3 milyon manat azalıb.
2020-ci ilin sentyabrın 1-də depozit qoyuluşu ev təsərrüfatları üzrə 34,6%, maliyyə təşkilatları üzrə 9,1%, qeyri-maliyyə təşkilatları üzrə 56,2% təşkil edib.