2020-ci ilin avqust ayının 1-i üzrə milli valyuta ilə verilmiş kreditlərin və cəlb edilmiş əmanətlərin orta faiz dərəcəsi və onlar arasındakı fərqini məlum olub.
Eləcə də bax: Azərbaycanda ən az və ən çox investisiya yatırılan - RAYON/ŞƏHƏRLƏR – SİYAHI
FED.az xəbər verir ki, verilmiş kreditlər üzrə ən yüksək faiz Yuxarı Qarabağ iqtisadi rayonunda (24,1%), ən aşağı faiz isə Bakı şəhərindədir (11,6%). Cəlb edilmiş əmanətlər üzrə ən yüksək faiz dərəcəsi Abşeron iqtisadi rayonunda (6,1%), ən aşağı faiz dərəcəsi isə Yuxarı Qarabağ iqtisadi rayonunda (1,5%) olub.
Kredit faizləri ilə əmanət faizləri arasında kəskin fərq Yuxarı Qarabağ iqtisadi rayonunda (22,6% fərq), ən az uçurum isə Bakı şəhəridədir. (6,6% fərq)
FED.az milli valyuta ilə verilmiş kreditlərin və cəlb edilmiş əmanətlərin orta faiz dərəcəsi və onlar arasındakı fərqini təqdim edir.