Azərbaycan banklarının xarici aktivləri yenidən artmağa başlayıb. FED.az xəbər verir ki, artıq iki aydır ki, davam edən bu artım bankların əlindəki dolların bir qismini xarici aktivlərə yönəltdiyini göstərir.
Dolları kredit götürən yoxdur
Azərbaycan bankları dollarla doyub. Bank öz vəsaitlərini xarici valyutaya çevirib, üstəlik, vətəndaşlar faizlərin azalmasına baxmayaraq əllərində olan pulu dollara çevirib banka qoyurlar. 3% ilə dollar götürən banklar isə dollarla kredit verə bilmirlər. Maraqlıdır ki, banklar bu dolları necə realizə edir?
Məlumdur ki, bankların əksəriyyəti dollar üzrə depozit faizlərini kəskin ediriblər. Hətta ölkənin ən iri bankları dollara ehtiyaclarının olmadığının göstəricisi olaraq 0,1 % dərəcəsi belə elan ediblər.
Bankların toplam aktivlərində artım müşahidə olunmaqdadır, eyni zamanda digər aktivlər də artır. Kredit portfeli isə azalmaqda davam edir. Burada bağlanan bankların kredit portfelinin də payı var, ancaq bank sektoru növbəti aylarda yenidən artımların qeydə alınacağını ehtimal edir. Bunu istehlak və lombard kreditlərinin təklifi üzrə marketinq kampaniyalarından görmək olar. Burada isə söhbət manatla olan kreditlərdən gedir, bankların əlində külli miqdarda dollar var və onlar bu dolları ölkə ərazisndə reallışdıra bilmirlər. Artıq bankların həmin vəsaitləri avrobondlara yerləşdirməsi və xaricdəki müxbir banklarda depozit qoyduqları bildirilir.
“Bu, çox cüzi bir rəqəmdir”
Azərbaycan Banklar Asosiasiyasının prezidenti Zakir Nuriyevin sözlərinə görə, devalvasiyadan sonra bankların aktivlərinin tərkibində dollar aktivlərinin həcmi artdı. Eyni zamanda dollarla kredit verilməsinin qadağan olunması şəraitində banklar dollarda olan vəsaitlərini müxtəlif instrumentlərə yerləşdirməyə davam etdilər.
Bir qism banklar dollara kredit almağa qanunla icazə verilmiş hüquqi və fiziki şəxslərə yəni dollarda gəliri olanlara dollarla kredit verilir, lakin bu çox cüzi bir rəqəmdir.
Banklar hazırda əllərində olan dolları müxtəlif instrumentlərə yerləşdirirlər. Buna əsasən, xarici müxbir hesablar, SOCAR bondları, beynəlxalq bazardakı müxtəlif alətlər daxildir.
Xarici valyutada depozitlər artır
Mərkəzi Bankın rəsmi göstəricilərinə əsasən, 2015-ci ilin əvvələrində - məcmu xarici aktivlərin göstəriciləri aşağı olsa da, ilin sonlarına doğru artmağa başlayıb. Azərbaycanda olan ikinci devalivasiya dönəmində (2015-ci ilin dekabr ayı) - məcmu xarici aktivlərdə kəskin çoxalma müşahidə olunub, təbii ki, bu dolların manata münasibətdə iki dəfədən çox bahalaşması ilə bağlı oldu. Lakin, 2016-cı ilin ikinci yarısından başlayaraq 2017-ci ilin oktyabr ayınadək azalma, 2017-ci ilin noyabrından isə yenidən artım baş verib.
Xarici öhdəliklərdə -2015 ci ildən başlayaraq 2017 c ilin ikinci yarısına qədər artım, 2017-ci ilin ikinci yarısından sonra azalma görünür. Bu bankların xarici borclarını ödəməsi ilə bağlıdır və 2018-ci ilin yanvar ayında da azalma davam edib.
Xarici valyuta depozitləri – 2015-ci ilin əvvəlindən devalvasiya şoku nəticəsində kəskin artmağa başlayıb və həmin ilin sonunda bu göstərici ən yüksək səviyyəyə çatıb. 2017-ci ilin sonu və 2018-ci ilin birinci ayında xarici valyutada olan depozitlərin həcmi çoxalmağa davam edir.
Banklar valyutanı xaricdə yerləşdirirlər - İNFOQRAFİKA
11:14
19 Mart 2018