Azərbaycanda banklar kredit müqabilində qəbul etdikləri girovu rəsmiləşdirəndə və kredit qaytarılmayanda onu satanda azı 10 mərhələdən keçməli olur və bunların demək olar ki, hamısı dövlət qurumları ilə kontaktdan keçir.
Eləcə bax: Azərbaycanda girov əmlak məhkəməsiz - BANKIN SƏRƏNCAMINA KEÇƏCƏK – YENİLİK
Bu barədə FED.az-a Azərbaycan Banklar Assosiasiyasının hüquq ekspert qrupunun rəhbəri Qorxmaz Ağayev bildirib. Onun sözlərinə görə, girov qəğul edilməsi və onun satışı zamanı baş verən proseslər aşağıdakı mərhələlərdən keçir:
1-ci mərhələ – notariusda əmlakın girov qoyulması əməliyyatının rəsmiləşdirilməsi, yəni girov müqaviləsinin qeydiyyatı.
2-ci mərhələ - Daşınmaz Əmlakın Reyestri Xidmətində (DƏDRX) girovuün qeydiyyatı
3-cü mərhələ - (kredit qaytarılmadığı təqdirdə) qarşı tərəfi məhkəməyə verməzdən əvvəl borcun ipotekaya yönəldilməsi üçün DƏDRX-ə müraciət və be tələbin qeydiyyatı
4-cü mərhələ – borcun girov qoyulan əmlaka yönəldilməsi üçün məhkəməyə müraciət
5-ci mərhələ – (ola bilər ki,) məhkəmə bu işlə bağlı ekspertiza (əmlakın qiymətləndirilməsi) təyin edə bilər
6-cı mərhələ – (ola bilər ki) qarşı tərəf vəsatət qaldırsın
7-ci mərhələ – məhkəmə qərarının alınması və icraya yönəldilməsi
8-ci mərhələ – girov əmlakın qiymətləndirilməsi və hərraca çıxarılması
9-cu mərhələ – əmlakın satışından sonra icra xidmətinin bu prosesi təsdiqləməsi
10-cu mərhələ – artıq bankın sərəncamına keçmiş əmlak üzərində mülkiyyət hüququnun DƏDRX-də yenidən qeydiyyatı.
Q.Ağayevin sözlərinə görə, hətta bu prosesdən sonra da bank verdiyi krediti qaytara bilmir. Çünki hələ bu əmlakı satıb pula çevirmək tələb olunur (əgər bundan əvvəlki hərracda kənar alıcı çıxıb əmlakı almayıbsa). Ystəlik, bu əmlak satılanda, Bank satışın məbləğindən Əlavə Dəyər Vergisi (ƏDV) də ödəməli olur.