Ukraynadakı vəziyyətə baxmayaraq Azərbaycan bankları hazırda fəal şəkildə hesablaşmaları davam etdirir və onların reallaşmasında ləngimələr yoxdur.
Eləcə də bax: Zakir Nuriyev: "Bu il bank əməliyyatlarının 69%-i elektron şəkildə aparılıb"
FED.az xəbər verir ki, bunu Azərbaycan Banklar Assosiasiyasının sədri Zakir Nuriyev deyib.
Onun sözlərinə görə, Azərbaycan bankları müştəriləri üçün lazım olan hesablaşmaları vaxtlı-vaxtında yerinə yetirir.
Kredit faizlərindən danışarkən, Z.Nuriyev vurğulayıb ki, bu il faizlərin azaldılması gözlənilir. (Trend)