2026-cı ilin yanvar – may ayları ərzində banklar 557.1 milyon manat xalis mənfəət, 837.5 milyon manat məbləğində əməliyyat mənfəəti əldə etmişlər.
Mərkəzi Bank kredit götürmək qaydalarını dəyişir
FED.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının dərc etdiyi "Statistik bülleten May 2026" sayına istinadən xəbər verir.
Müvafiq dövrdə banklar tərəfindən ümumilikdə 134.7 milyon manat məbləğində mənfəət vergisi ödənilmişdir.
Xatırladaq ki, 2025-ci ilin yanvar - may aylarında banklar 430.7 milyon manat xalis mənfəət, 708.2 milyon manat məbləğində əməliyyat mənfəəti əldə etmişlər. Ötən ilin 5 ayında banklar tərəfindən ümumilikdə 109 milyon manat məbləğində mənfəət vergisi ödənilmişdi.
Beləliklə, bu il bankların xalis mənfəəti 126,4 milyon manat və ya 29,3% artıb.















