«BANK VTB-Azərrbaycan» ASC 2018-ci ilin 3-cü rübünün yekunu ilə bağlı hesabatını açıqlayıb.
FED.az bankın mənfəət-zərər hesabatına istinadən xəbər verir ki, 3-cü rübün nəticələrinə görə, bankın faiz gəlirləri 5 milyon 930,88 min manat, faiz xərcləri 7 milyon 778,66 min manat olub.
ELƏCƏ DƏ BAX: Azərbaycanda pulu havadan gələn bank – HESABAT
Nəticədə bankın xalis faiz gəliri 1 milyon 847,78 min manat zərər olub.
Bu müddətdə bank qeyri-faiz gəlirləri əldə etməyərək 5 milyon 512,02 min manat zərərlə başa vurub, qeyri-faiz xərcləri isə 12 milyon 348,02 min manat təşkil edib.
Nəticədə VTB Bank-ın əməliyyat zərəri 19 milyon 707,82 min manat olub.
Amma bu dövrdə aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına 231 milyon 139,28 min manat ayrılıb.
Nəticədə bank dövrü 250 milyon 847, 10 min manat zərərlə başa vurub.
Bu dövrdə bankın cəmi aktivləri 144 milyon 371,32 min manat olub ki, bu da ötən ilin sonu ilə müqayisədə 2,7 dəfə və ya 252 milyon 839,77 min manat azdır.
Cəmi öhdəliklərə gəldikdə isə, bu ilin 9 ayında 89 milyon 606,64 min manat təşkil edib. Bu rəqəm ötən ilin sonuna nisbətən 4 dəfə və ya 267 milyon 487,28 min manat azdır.
Bankın cəmi kapitalı 2018-ci ilin 3-cü rübündə 54 milyon 764,68 min manat olub. Ötən ilin sonuna nisbətən 36,5% və ya 14 milyon 647,51 min manat çoxdur.
Müştərilərə verilən kreditlər 55 milyon 477,52 min manat olmaqla, 2017-ci ilin 4-cü rübünə nisbətən 225 milyon 698,88 min manat azdı. Bankın depozit portfelinə gəldikdə isə bu ilin 3-cü rübündə 2 milyon 537,48 min manat artaraq, 49 milyon 631,59 min manat təşkil edib.
ELƏCƏ DƏ BAX: Bankların 3-cü rüb yekunu - MƏNFƏƏT-ZƏRƏR - SİYAHI, YENİLƏNİR
ELƏCƏ DƏ BAX: «Pakistan Milli Bank»ından gözlənilməz zərər – HESABAT