“Bank VTB” London məhkəməsində 2 mlrd. ABŞ dollarlıq kredit qalmaqalı mərkəzində olan Mozambik hökuməti və dövlət şirkətinə qarşı iddia qaldırıb.
Eləcə də bax: "Bank VTB Rusiya" ilk dəfə olaraq VR-ipoteka sövdələşməsini - HƏYATA KEÇİRİB
FED.az xəbər verir ki, məhkəmə sənədlərində işin ümumi kommersiya müqavilələri və razılaşmalara aid olduğu deyilir.
Bildirilir ki, “VTB Kapital”ın maraqlarını “Freshfilesd Bruchkaus Deringer” hüquq şirkəti təmsil edir.
Qeyd edək ki, 2013-cü və 2014-cü illərdə “Credit Suisse” və VTB Mozambikə tuna balıqçılığı ilə əlaqəli bir layihə – sahil təhlükəsizlik sistemlərinin alınması və balıqçılıq gəmilərinin inşası üçün gəmiqayırma sahəsinin inkişafı üçün ümumi dəyəri 2 mlrd. dollar olan kredit cəlb edilməsində kömək ediblər. Vəsait dövlət zəmanəti ilə Mozambik aktivlərin idarə edilməsi, “Ematum” və “ProIndicus” şirkətləri tərəfindən əldə edilib. Sonradan yüz milyonlarla dolların izsiz yoxa çıxdığı məlum olub.
Qeyd edək ki, “Bank VTB (Azərbaycan)” ASC-nin səhmlərin 99,9999%-i “Bank VTB”yə məxsusdur.
Apa